Modern.az

Ağdamda güclü yanğın - Xəsarət alanlar var

Ağdamda güclü yanğın - Xəsarət alanlar var

Hadisə

2 Oktyabr 2025, 08:07

Ağdamda baş verən yanğın zamanı nənə və nəvə ağır yanıq xəsarəti alıb.

Modern.az xəbər verir ki, rayonun Quzanlı qəsəbə sakini İsmayılov Əhəd Natiq oğluna məxsus üçotaqlı evdə baş verən yanğın zamanı 1965-ci il təvəllüdlü İsmayılov Zibeydə Qənimət qızı və nəvəsi, 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı yanıq xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə FHN-nin əməkdaşları cəlb edilib. Yanğın söndürülüb və yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ