Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
Belə ki, 1965-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Abışov Arzu Şubay oğlunun idarə etdiyi "Hyundai" markalı avtobusla, 1962-ci il təvəllüdlü Hüseynova İradə Əlihüseyn qızının idarə etdiyi "Kia" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində hər iki sürücü, eləcə də avtobusun sərnişini – 1990-cı il təvəllüdlü Abşeron rayon sakini Məmmədov Tural Arif oğlu xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.