Modern.az

Xəzərdə brakonyerlər saxlanılıb

Xəzərdə brakonyerlər saxlanılıb

Hadisə

3 Oktyabr 2025, 14:50

Ekoloji cinayətlərin qarşısının alınması və su bioresurslarının mühafizəsi məqsədilə DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tədbirləri davam etdirirlər.

Növbəti əməliyyat zamanı Lənkəran rayonu, Xəzər dənizinin su ərazisində qanunsuz balıq ovu ilə məşğul olan şəxslər – A. Salayev və Ə. İslamov saxlanılıb. Onlardan 183 ədəd müxtəlif növ balıq və qanunsuz ov alətləri götürülüb. Faktlarla bağlı araşdırma aparılır.

Modern.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin adamını Bakıya göndərir - Kreml bu dəfə nə planlayır?