Modern.az

Bakıda qəza zamanı 3 nəfərin ölməsi xəbəri yanlışdır - RƏSMİ

Bakıda qəza zamanı 3 nəfərin ölməsi xəbəri yanlışdır - RƏSMİ

Hadisə

4 Oktyabr 2025, 00:44

Bakıda yol qəzasında üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, əslində bu gün saat 21:30 radələrində paytaxtın Səbail rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Belə ki, "Hyundai" markalı, 77-UM-421 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "Opel" markalı 50-EE-287 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Faktla bağlı araşdırma aparılır.

***

22:57

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Bakı-Salyan şosesinin Səbail rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Su İdman Kompleksinin qarşısında üç nəqliyyat vasitəsi toqquşub. İlkin məlumata görə, hadisə zamanı üç nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. (Mənbə: teleqraf)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır