Saatlı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Saatlı rayonu Mustafabəyli kənd sakini, 1986-cı il təvəllüdlü Amin Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən, eyniadlı kənd sakini, 1989-cu il təvəllüdlü Elnarə Nuruşovanı vurub. Xəsarət alan piyada Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerlə