Modern.az

Tərtərdə ağır qəza - 1 ölü, 1 yaralı

Tərtərdə ağır qəza - 1 ölü, 1 yaralı

Hadisə

5 Oktyabr 2025, 23:29

Tərtərdə yük və minik maşınları toqquşub, ölən və yaralanan var.

 

Modern.az xəbər verir ki, hadisə Tərtər-Hindarx yolunun Tərtər rayonunun İlxıçılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "QAZel" markalı yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində minik maşınının sürücüsü, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Həsənov Eltun Müşviq oğlu həyatını itirib. Yük maşının sürücüsü, Tərtər rayon sakini 1962-ci il təvəllüdlü İsbəndiyarov Qamət Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna BOMBA YAĞDIRIR - Rusiya cəhənnəm alovuna qərq oldu