Modern.az

Bakıya gələn yolda ağır tıxac

Bakıya gələn yolda ağır tıxac

Hadisə

12 Oktyabr 2025, 23:51

Bakı-Qazax magistralında nəqliyyatın hərəkətində ciddi sıxlıq yaranıb.

Modern.az-ın məlumatına görə, tıxac xüsusilə Hacıqabul rayonu ərazisində daha ağır hiss edilir. Sürücülər bildirirlər ki, bəzi hissələrdə avtomobillər uzun müddət hərəkətsiz qalıb.

Təmir işləri ilə əlaqədar olaraq həm Bakı istiqamətindən gələn, həm də paytaxtdan çıxan avtomobillər yolun yalnız bir hissəsindən istifadə etmək məcburiyyətində qalıblar.

Bu da nəqliyyatın intensivliyini artırıb və yolda uzun növbələrin yaranmasına səbəb olub.

BDYP-dən bildirilib ki, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 98-ci km-dən 104-cü km-ə qədər aidiyyəti qurum tərəfindən təmir işləri gedir. Hazırda sözügedən ərazidə BDYP-nin stasionar postun əməkdaşları tərəfindən hərəkət tənzimlənir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Paşinyanla mübahisə etdi