Modern.az

Maşın ağaca çırpıldı: sərnişin yanıb öldü

Maşın ağaca çırpıldı: sərnişin yanıb öldü

Hadisə

13 Oktyabr 2025, 00:30

Oğuz rayonunun Padar kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, BMW markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobil yanıb.

 

Yanğın söndürüldükdən sonra, xilasedicilər maşında qalan sərnişin, rayonun Padar kənd sakini, 21 yaşlı Rəvan Mirzəyevin yanmış meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır