Modern.az

"Sədərək" Ticarət Mərkəzində baş verən insident ARAŞDIRILIR

"Sədərək" Ticarət Mərkəzində baş verən insident ARAŞDIRILIR

Hadisə

14 Oktyabr 2025, 09:56

Dünən sosial şəbəkələrədə Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşları ilə "Sədərək" Ticarət Mərkəzinin mühafizə xidmətinin əməkdaşları arasında baş verən insidentlə bağlı video yayılıb.

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Modern.az-a bildirib ki, "Sədərək" Ticarət Mərkəzində tərəflər arasında yaranan insidentlə bağlı polisə müraciətlər daxil olub.

Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. (Mənbə APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya əraziləri VURULUR - Ukraynadan kütləvi hücum