Modern.az

Yeniyetmə qaldırıcı qurğu ilə yükləri qaldırarkən yıxıldı - VİDEO

Yeniyetmə qaldırıcı qurğu ilə yükləri qaldırarkən yıxıldı - VİDEO

Hadisə

18 Oktyabr 2025, 14:20

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində mağazada vətəndaşın təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Modern.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2008-ci il təvəllüdlü Əzimov Əli Əkbər oğlu marketin daxilində istifadə olunan qaldırıcı qurğu ilə yükləri qaldırarkən müvazinətini itirərək yıxılıb və ayağı qurğu ilə divarın arasında sıxılılaraq təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə Ə.Əzimovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı