Modern.az

Cəlilabadda ağır yol qəzası - 5 yaralı

Cəlilabadda ağır yol qəzası - 5 yaralı

Hadisə

19 Oktyabr 2025, 12:27

Cəlilabad rayonunda yol qəzasında xəsarət alanların sayı artıb.

 

Modern.az-ın məlumatına görə, "VAZ-2106" markalı minik avtomobilinin "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində xəsarət alanların sayı beş nəfərə çatıb.

 

Xəsarət alanlar - Səfərli Zülfüqar Zaur oğlu, İdrak Rza Ağahüseyn oğlu, Musayev Əmrah Əlyar oğlu, Əhimov Mahir Səfər oğlu, Məmmədov Əmrah Zaur oğludur.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

***

11:34

 

Cəlilabad rayonunda ağır yol qəzası baş verib. 

 

Modern.az xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistral yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb. Astara istiqamətində hərəkət edən “VAZ-2106” markalı minik avtomobili qarşı istiqamətdən gələn “Mercedes” markalı maşınla toqquşub.

 

Qəza nəticəsində 4 nəfər xəsarət alıb və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ