Modern.az

Almaniyada böyük litium yatağı

Almaniyada böyük litium yatağı

Dünya

19 Oktyabr 2025, 10:17

“Neptune Energy” şirkəti Almaniyanın Saksoniya-Anhalt federal əyalətində yerləşən Altmark regionunda böyük litium yatağının aşkarlandığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

 

Nəşrin qeyd etdiyinə görə, bu kəşf Almaniyanın avtomobil sənayesinin gələcəyi üçün əsl dönüş nöqtəsi ola bilər. Litium elektrik avtomobillərində, smartfonlarda və planşetlərdə istifadə olunan akkumulyator batareyalarının əsas komponentidir.

 

“Neptune Energy”nin məlumatına əsasən, Altmark regionundakı yataqda 43 milyon ton litium karbonat ekvivalenti ehtiyatı var.

 

Proqnozlar təsdiqlənərsə, bu yataq dünyanın ən böyük litium layihələrindən biri olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?