Modern.az

Naxçıvanda ayı ata və oğula hücum etdi

Naxçıvanda ayı ata və oğula hücum etdi

Hadisə

19 Oktyabr 2025, 14:20

Naxçıvanda ayı ata və oğula hücum edib.

 

Modern.az xəbər verir ki, hadisə Babək rayonunun Yuxarı Buzqov kəndində qeydə alınıb.

 

Belə ki, Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Məzahir Tağı oğlu və onun övladı ayının hücumuna məruz qalıb.

 

Hadisə nəticəsində M.Məmmədov müxtəlif bədən xəsarətləri alıb.

 

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır