Modern.az

Təkəri dəyişərkən maşının altında qalıb öldü

Təkəri dəyişərkən maşının altında qalıb öldü

Hadisə

20 Oktyabr 2025, 09:16

Şəmkirdə kişi qaldırıcının altında qalıb.

Modern.az xəbər verir ki, İsa Qasımov yaşadığı evin həyətində yerləşən çardağın altında atasına məxsus avtomobilin ön sol təkərini dəyişən zaman qaldırıcının qəfil sürüşməsi nəticəsində İ.Qasımovun başı avtomobilin altında qalıb.

İsa Qasımov aldığı xəsarətlərdən ölüb.

Hadisə ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır