Modern.az

“Azercell”lə bağlı bu xəbər həqiqəti əks etdirmir

“Azercell”lə bağlı bu xəbər həqiqəti əks etdirmir

Hadisə

24 Oktyabr 2025, 19:10

Bir sıra mediada “Azercell əməkdaşını iş başında elektrik cərəyanı vurdu” başlıqlı xəbərlə bağlı bildiririk ki, sözügedən məlumat dəqiqliyi əks etdirmir.

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şəxs “Azercell Telekom” MMC-nin deyil, şirkətə xidmət göstərən podratçı təşkilatın əməkdaşıdır.

 

“Azercell” hadisədən dərhal sonra məsələni diqqətə almış, aidiyyəti qurumlarla birgə araşdırmaların aparılması və xəsarət alan şəxsin vəziyyəti ilə bağlı dəstəyin göstərilməsi istiqamətində zəruri tədbirləri görmüşdür.

 

Şirkət insan təhlükəsizliyini hər zaman prioritet sayır, əmək və texniki təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl edilməsinə xüsusi diqqət yetirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?