Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə Kürdəmir- Zərdab avtomobil yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində baş verib.
VAZ markalı minik maşını traktorla toqquşub. İlkin məlumata görə, 2 nəfər hadisə yerində ölüb. 3 nəfər ağır xəsarət alıb. (Mənbə: APA)