Modern.az

İtkin düşən həkimin axtarışları nəticəsiz qalır

İtkin düşən həkimin axtarışları nəticəsiz qalır

Hadisə

26 Oktyabr 2025, 21:33

Xəzər dənizindəki gəmidə həkim işləyən 33 yaşlı Tural Sultanovun axtarışları 27 sentyabrdan, yəni hadisə baş verdiyi gündən bəri davam edir.

Modern.az xəbər verir ki, bu barədə onun əmisi qızı – jurnalist Ağanisə Sultanova bildirib. Onun sözlərinə görə, xilasetmə əməliyyatları 5 gəmi və helikopterlə həyata keçirilib və müddətdən artıq aparılıb.

“Bu barədə də davamlı olaraq ailəyə, əksəriyyətin həkim kimi yaxşı tanıdığı Turalın atası Hüseynağa Sultanova məlumat verilib.

Xilasetmə və axtarışlarda əməyi olan hər kəsə təşəkkür edirik.

Bir aydır, bütün ailənin, atasının, anasının, hamımızın gözü yoldadır... Tək istəyimiz axtarışların nəticə verməsi və Turalın tapılmasıdır”, - deyə jurnalist bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?