Modern.az

Yolu keçmək istəyən 39 yaşlı qadını maşın vurdu 

Yolu keçmək istəyən 39 yaşlı qadını maşın vurdu 

Hadisə

27 Oktyabr 2025, 09:31

Gəncədə piyadanın vurulması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisələrdən biri şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, prospektlə hərəkətdə olan "QAZ 3110" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Digər hadisə isə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində baş verib. 1986-ci il təvəllüdlü K.Quliyeva yolu keçən zaman avtomobil onu vurub. Qadın xəstəxanaya yerləşdirilib, hazırda ona yardım edilir. Baş verən ərazilərə polis əməkdaşları cəlb edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı