Modern.az

Ağdərədə betonqarışdıran maşın dərəyə aşdı - Sürücü öldü

Ağdərədə betonqarışdıran maşın dərəyə aşdı - Sürücü öldü

29 Oktyabr 2025, 10:24

Ağdərədə betonqarışdıran maşın dərəyə aşıb, sürücü ölüb.

Modern.az xəbər verir ki, hadisə rayonun Çıldıran kəndi ərazisində baş verib.

Bərdə rayonunun Yenidaşkənd kənd sakini, 1968-ci il təvəllüdlü Hafiz Qocamanovun idarə etdiyi "HOWO" markalı betonqarışdıran avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Nəticədə sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır