Modern.az

Astarada hamilə gəlin toyundan bir gün sonra ÖLDÜ

Astarada hamilə gəlin toyundan bir gün sonra ÖLDÜ

29 Oktyabr 2025, 10:45

Astara hamilə qadın toyundan bir gün sonra ölüb.

Modern.az xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib.

Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanovanın dünən toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, gəlin köçən Ə.İmanovun hələ 18 yaşı tamam olmayıb və hamilə olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (Mənbə "Report")

 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır