Modern.az

Kəlbəcərdə köməksiz qalan azyaşlı uşaq XİLAS EDİLDİ

Kəlbəcərdə köməksiz qalan azyaşlı uşaq XİLAS EDİLDİ

Hadisə

30 Oktyabr 2025, 09:36

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəlbəcər şəhəri, Yeni Yaşayış massivində yerləşən dördmərtəbəli binanın ikinci mərtəbəsində azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Modern.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Kəlbəcər Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Xüsusi vasitələrdən istifadə edərək mənzilə daxil olan yanğınsöndürən-xilasedicilər mənzildə köməksiz qalmış 2023-cü il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq