Modern.az

Şamaxıda ər arvadını qətlə yetirdi

Şamaxıda ər arvadını qətlə yetirdi

Hadisə

6 Noyabr 2025, 10:00

Şamaxı rayonunda qadın həyat yoldaşı tərəfindən odlu silahla qətlə yetirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, rayon sakini, əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət etmiş, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunmuş P.Tağıyev odlu silahdan açdığı atəşlə G.Eynalovaya xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

P.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu