Modern.az

Qarajda iki maşın yandı - 2 nəfər tüstüdən zəhərləndi

Qarajda iki maşın yandı - 2 nəfər tüstüdən zəhərləndi

Hadisə

7 Noyabr 2025, 09:56

Bakıda yaşayış binasında yanğın olub, iki nəfər tüstüdən zəhərlənib.

Bu barədə Modern.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında “Land Rover” markalı minik avtomobilinin salonu, yük hissəsi, “Opel” markalı minik avtomobilinin salonu, mühərrik hissəsi və 5 paq.m kommunikasiya xətləri yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.

Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır