Bakıda avtomobil sürücüsü ilə birgə yanıb.
Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisinidə, Binə-Sədərək yolunda avtomobil yanıb.FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “DONG FENG AEOLUS E 70” markalı minik avtomobilinin yanar hissələri yanıb. Atomobildə sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.