Modern.az

Yevlaxda yanğın - 1 nəfər öldü, 2-si xəsarət aldı 

Yevlaxda yanğın - 1 nəfər öldü, 2-si xəsarət aldı 

Hadisə

5 Dekabr 2025, 10:58

Yevlaxda yanğın hadisəsi baş verib.

Modern.az xəbər verir ki, şəhər ərazisində evdə baş vermiş yanğın hadisəsi nəticəsində bir nəfər ölüb, iki nəfər yanıq xəsarətləri alıb.

Xəsarət alanlar Yevlax rayon mərkəzi xəstəxanasına (RMX) çatdırılıb.

Yevlax RMX-nın İctimaiyyətlə əlaqələr bölməsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 5-də saat 01:20 radələrində 2 nəfər (1 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yanıq xəsarətləri alan pasiyentlərə tibbi yardım göstərilib. Onlardan 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi yardım almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi