Modern.az

Məktəbdə 17 şagird tüstüdən ZƏHƏRLƏNDİ

Məktəbdə 17 şagird tüstüdən ZƏHƏRLƏNDİ

Hadisə

5 Dekabr 2025, 15:25

Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.

Bu barədə Modern.az-aTƏBİB-dən məlumat verilib.

Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

***

Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.

Modern.az-ın məlumatına görə, hadisə Salyan rayonunun Noxudlu kənd orta məktəbində baş verib.

İlkin məlumata görə, 11 şagird, 2 əməkdaş məktəbi qızdırmaq üçün istifadə olunan yanacağın tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır (Mənbə APA)

Sizə yeni x var
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi