Modern.az

İsmayıllı-Qəbələ yolunda zəncirvari qəza - 2 ölü, 6 yaralı

İsmayıllı-Qəbələ yolunda zəncirvari qəza - 2 ölü, 6 yaralı

Hadisə

28 Fevral 2026, 11:07

İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun rayonun Xanagah kəndindən keçən hissəsində qeydə alınıb.

Modern.az-ın məlumatına görə, hərəkətdə olan mikroavtobus və iki minik avtomobilinin toqquşması nəticəsində baş verən zəncirvari qəzada 33 yaşlı Ümüd Vəliyev və onu 23 yaşlı həyat yoldaşı Nərmin Vəliyeva hadisə yerində həyatını itiriblər. Altı nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!