Modern.az

Bakı metrosunda tüstülənmə - Sərnişinlər düşürüldü

Bakı metrosunda tüstülənmə - Sərnişinlər düşürüldü

Hadisə

6 Dekabr 2025, 00:02

Bakı metropoliteninin “28 May” stansiyasında qatarların hərəkətində fasilə yaranıb.

 

Modern.az xəbər verir ki, sərnişinlərin verdiyi məlumata görə, buna səbəb stansiyada hərəkət etmək istəyən qatarda tüstülənmənin baş verməsi olub.

 

Edilən anonsun ardından sərnişinlər vaqonlardan düşürülüblər.

 

Bildirilir ki, tüstülənmə yeni nəsil qatarda baş verib.

 

“Bakı Metropoliteni” QSC-dən məlumat verilib ki, saat 22:58-də qatarın idarəetmə panelində texniki nasazlıq qeydə alınıb:

 

“28 May” stansiyasında sərnişinlər düşürülüb və qatar “Nizami” stansiyasından texniki baxış üçün “Nərimanov” elektrik deposuna göndərilib”. (Mənbə: oxu.az)

Sizə yeni x var
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi