Modern.az

Sabunçuda PARTLAYIŞ - Dağıntılar altında qalanlar var

Sabunçuda PARTLAYIŞ - Dağıntılar altında qalanlar var

Hadisə

9 Dekabr 2025, 11:06

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Modern.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

10:53

Sabunçu rayonunda fərdi yaşayış evində partlayış olub.

Modern.az xəbər verir ki, hadisə Siyavuş Məhərrəmov küçəsində (72 saylı məktəbin yaxınlığı) baş verib.

Hadisənin qazsızmadan baş verdiyi bildirilir. Dağıntılar altında qalanların olduğu deyilir. (Mənbə: qaynarinfo)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şad Xəbər - Vətəndaşlara pulsuz evlər veriləcək