Modern.az

Bakıda yüksək vəzifəli şəxslər HƏBS EDİLDİ

Bakıda yüksək vəzifəli şəxslər HƏBS EDİLDİ

Hadisə

11 Dekabr 2025, 14:24

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov həbs edilib.

Modern.az xəbər verir ki, Cinayət Məcəlləsinin 206.4; 213-1.2.2; 213-1.2.3 və və 308.2-ci maddələri üzrə ittiham olunan R.Daşdəmirov xüsusilə külli miqdarda qaçaqmalçılıqda, külli miqdarda vergiləri ödəməkdən yayınmaqda şübhəli bilinir.

Daşdəmirov Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. 

APA-nın məlumatına görə, bu işlə əlaqəli Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə də saxlanılıb.

Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onlara 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.

Sizə yeni x var
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?