Balakən rayonunun Talalar kəndi ərazisində axşam saatlarında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupuna istinadla bildirir ki, hərəkətdə olan “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub. Qəza nəticədə “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət alıblar.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.