Beyləqanda 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Modern.az xəbər verir ki, hadisə rayonun Tatalılar kəndində baş verib. Kənd sakini 2023-cü il təvəllüdlü Uğur İmanzadənin evin həyətindəki kanalizasiya quyusuna düşərək öldüyü bildirilir.
Faktla bağlı araşdırma başlanıb.(Mənbə APA)