Modern.az

13 yaşlı qız dəm qazından öldü - YENİLƏNİB

13 yaşlı qız dəm qazından öldü - YENİLƏNİB

Hadisə

20 Dekabr 2025, 18:29

"20.12.2025-ci il tarixində saat 15:40 radələrində 2012-ci il təvəllüdlü azyaşlı (qadın) yaxınları tərəfindən Goranboy Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən həyat əlaməti müşahidə olunmayıb".

Modern.az xəbər verir ki, bu barədə Goranboy Rayon Mərkəzi Xəstəxanasının məlumatında bildirilib.

"Həkimlər tərəfindən azyaşlının ölüm halı təsdiq olunub", - deyə məlumatda qeyd edilib.

***

15:46

Goranboyda bədbəxt hadisə baş verib.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Məşədiqaralar kəndində baş verib.

Kənd sakinin 2012-ci il təvəllüdlü N.Cəfərova yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (Mənbə APA)

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır