Modern.az

Təsadüfən maşınla vurduğu övladı ÖLDÜ

Təsadüfən maşınla vurduğu övladı ÖLDÜ

Hadisə

21 Dekabr 2025, 13:11

Rusiyada azərbaycanlı sürücü oğlunu təsadüfən avtomobillə vuraraq öldürüb.

 

Modern.az xəbər verir ki, hadisə Dağıstanda qeydə alınıb.

 

Beynəlxalq yükdaşımaları həyata keçirən Sabirabad rayonunun Çağırğan kənd sakini Şamil Şirinov idarə etdiyi TİR tipli yük avtomobilini arxaya verərkən 37 yaşlı oğlu Şirinov Camil Şamil oğlu iki avtomobilin arasında qalaraq faciəli şəkildə ölüb.

 

Şamil Şirinov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Qeyd edək ki, ata və oğul hər ikisi beynəlxalq yükdaşıma həyata keçiriblər. Qəza zamanı onlar istirahət etmək üçün dayanıblarmış.

 

Faktla bağlı araşdırma aparılır./APA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır