Modern.az

Bəylər Eyyubovun qardaşı oğlu HƏBS OLUNDU

Bəylər Eyyubovun qardaşı oğlu HƏBS OLUNDU

Hadisə

23 Dekabr 2025, 16:12

5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb.

Modern.az xəbər verir ki, R. Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının Ruslan Eyyubova məxsus olduğu bildirilir. Limanın rəisi Rəşad Daşdəmirov və digərləri eyni cinayət işi ilə bağlı bir neçə gün əvvəl həbs edilib. Ruslan Eyyubovun qohumluq əlaqələrinə gəlincə o, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.

Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır. İndi saxlanılan Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan “NB Qrup” şirkətinin rəhbəridir.(Mənbə: qafqazinfo)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır