Modern.az

"Zil" sürücüsü qəza törədi - Piyada öldü

"Zil" sürücüsü qəza törədi - Piyada öldü

Hadisə

27 Dekabr 2025, 11:53

Binə qəsəbəsində "Zil" sürücüsü qəza törədib, ölən var.

Modern.az xəbər verir ki, hadisə Bakının Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Əlizaman Elman oğlu Bədəlov idarə etdiyi "ZİL 30" markalı yük avtomobilini arxaya doğru hərəkət etdirərkən piyada Yeganə Rafiq qızı Şıxəliyevanı vurub.

Piyada aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi