Modern.az

51 yaşlı kişi iş başında öldü

51 yaşlı kişi iş başında öldü

Hadisə

27 Dekabr 2025, 15:37

Astarada kişi bədbəxt hadisə nəticəsində ölüb.

Modern.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Fəhlə işləyən 1974-cü il təvəllüdlü Möhübbət Mirzəhəsən oğlu Gülhəsənovun iş başında halı pisləşib. Ətrafdakıların köməyi ilə o, Astara rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq M.Gülhəsənovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Onun ölümünün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (Mənbə APA)

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada