Modern.az

Toy yasa çevrildi - 2 bacı həlak oldu

Toy yasa çevrildi - 2 bacı həlak oldu

Hadisə

27 Dekabr 2025, 19:45

Dekabrın 27-də saat 16:50 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a bildirilib ki, F.Rüstəmovanın idarə etdiyi “Lexus” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin hadisə yerində ölüb.

Araşdırma aparılır.

İlkin məlumata görə, qəza zamanı həlak olan hər iki şəxs bacı olub.

***

TƏBİB-dən bildirilib ki, 27.12.2025-ci il tarixində saat 17:00 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

18:41

Biləsuvarda toy karvanında ağır qəza baş verib.

Modern.az xəbər verir ki, toy karvanında hərəkətdə olan "Lexsus" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın olub.

Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi