Modern.az

Şərurda qəza - 8 kəndin qazı kəsildi

Şərurda qəza - 8 kəndin qazı kəsildi

Hadisə

28 Dekabr 2025, 16:16

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda minik avtomobilinin çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb.

 

Modern.az xəbər verir ki, hadisə zamanı D-159-luq qaz xətti qırılıb. Təhlükəsizliklə əlaqədar rayonun Vərməziyar, İbadulla, Qışlaqabbas, Ərəbyengicə, Qarahəsənli, Tumaslı, Vayxır və Diyadin kəndlərində qaz təchizatı dayandırılıb.

 

Bərpa işləri yekunlaşandan sonra ərazidə təbii qazın verilişi təmin ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi