Modern.az

Pirotexnika satan şəxs saxlanıldı

Pirotexnika satan şəxs saxlanıldı

Hadisə

29 Dekabr 2025, 15:40

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən 26 yaşlı M.Əlizadə saxlanılıb. 

Modern.az xəbər verir ki, onun avtomobilinin yük yerindən külli miqdarda səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

M.Əlizadə avtomobilində səyyar şəkildə pirotexniki vasitələrin satışını həyata keçirib. Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Tədbirlər davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi