Modern.az

Sabirabadda ağır qəza - Sürücü öldü

Sabirabadda ağır qəza - Sürücü öldü

Hadisə

29 Dekabr 2025, 15:58

Sabirabad rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə günorta saatlarında rayonun Qaragüney kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı “BMW” markalı avtomobil idarəetmədən çıxaraq hasara, daha sonra isə yol kənarında dayanan “VAZ” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində “BMW”nin sürücüsü Nurəli Həsənov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada