Modern.az

Bir ailənin üç üzvü balıqdan zəhərləndi - YENİLƏNİB

Bir ailənin üç üzvü balıqdan zəhərləndi - YENİLƏNİB

Hadisə

30 Dekabr 2025, 10:24

29.12.2025-ci il tarixində saat 18:20 radələrində 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Modern.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. 

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

29.12.2025

21:45

Goranboyda bir ailənin üç üzvü zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Modern.az xəbər verir ki, 1965-ci il təvəllüdlü Nizami kənd sakini Səbirə Həmədova, 1990-cı il təvəllüdlü Mehirban Əhmədova və 2011-ci il təvəllüdlü N. Əhmədova xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, adıçəkilən şəxslər balıqdan zəhərlənib.

Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ