Modern.az

Bakıda güclü külək 8 ağacı sındırdı

Bakıda güclü külək 8 ağacı sındırdı

Hadisə

31 Dekabr 2025, 11:35

Gecə saatlarından etibarən paytaxt ərazisində 8 ağac sınıb, 12 ağacın budaqları qırılıb.

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb.

Bildirilib ki, sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb, ərazi tam təmizlənib.

Qeyd edək ki, küləkli hava şəraiti davam edəcək. Milli Hidrometeorologiya Xidməti tərəfindən dekabrın 31-i, yanvarın 1-2-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ