Modern.az

Sumqayıtda istehsalat müəssisəsi YANDI

Sumqayıtda istehsalat müəssisəsi YANDI

Hadisə

1 Yanvar 2026, 10:53

Sumqayıtda kafel-metlax istehsalat müəssisəsində yanğın baş verib.

Modern.az məlumat verir ki, Abdullayev Anar Abdulla oğluna məxsus Sumqayıt şəhəri, Kimyaçılar yaşayış massivi ərazisində yerləşən kafel-metlax yapışdırıcı sexində, "Nanokim" MMC-yə məxsus istehsalat sahəsində yanğın qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Yanğın söndürülərək ərazinin təhlükəsizliyi təmin edilib.

Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada