Modern.az

Cəlilabadda yeniyetmə bıçaqlandı

Cəlilabadda yeniyetmə bıçaqlandı

Hadisə

1 Yanvar 2026, 16:26

Cəlilabadda gənclər arasında mübahisə düşüb, bıçaqlanan var.

Modern.az xəbər verir ki, hadisə şəhər mərkəzində, Heydər Əliyev Seyrəngahında qeydə alınıb.

Burada gənclər arasında mübahisə yaranıb. Mübahisə zəminində Cəlilabad rayon Uzuntəpə kənd sakini, 2009-cu il təvəllüdlü, M. Əsgərəli bıçaq xəsarətləri alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub və ilkin tibbi yardım göstərilib. Vəziyyətinə uyğun olaraq cərrahi əməliyyata alınıb.

Həkimlər onun vəziyyətini stabil olduğunu deyirlər.

Əməli törətməkdə şübhəli bilinən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada