Modern.az

Göldən qadın meyiti tapıldı

Göldən qadın meyiti tapıldı

Hadisə

1 Yanvar 2026, 22:50

Tovuzda göldə qadın meyiti aşkarlanıb.

Modern.az xəbər verir ki, hadisə rayonun Vahidli kəndində yerləşən göldə (Tovuzçay su anbarı) qeydə alınıb. Belə ki, sözügedən göldən orta yaşlı qadın meyiti tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Hazırda qadının kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada