Modern.az

İsveçrədə faciə: 40 ölü, 100 yaralı

İsveçrədə faciə: 40 ölü, 100 yaralı

2 Yanvar 2026, 01:54

İsveçrənin məşhur Crans-Montana dağ kurortunda “Le Constellation” barında Yeni il şənliyi zamanı güclü yanğın və partlayış baş verib.

Modern.az xəbər verir ki, bu barədə İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli məlumat yayıb. O, rəsmi məlumatlara istinadən bildirib ki, hadisə zamanı təxminən 40 nəfər həlak olub və 115-ə yaxın insan yaralanıb, bir çoxu ağır vəziyyətdədir. Hadisə 1 yanvar 2026-cı il səhər saatlarında qeydə alınıb.  

Polis və yanğınsöndürənlər əraziyə cəlb olunub və araşdırma davam edir. İlk açıqlamalarda terror aktı şübhəsi istisna edilib; hadisənin səbəbi hələ də araşdırılır. 

Yaralılar yaxın xəstəxanalarda müalicə olunur, qurbanların kimliyi müəyyənləşdirilir. Dövlət rəsmiləri və beynəlxalq liderlər faciə ilə bağlı başsağlığı veriblər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada