Modern.az

Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var

Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var

Hadisə

2 Yanvar 2026, 17:54

Bakının Xətai rayonunda mənzildə yanğın olub. 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağında məişət əşyaları və məişət tullantıları 18 m² sahədə qismən yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada