Modern.az

Şamaxıda ev partladı: yaralı var - GÖRÜNTÜLƏR

Şamaxıda ev partladı: yaralı var - GÖRÜNTÜLƏR

Hadisə

2 Yanvar 2026, 20:38

Şamaxıda partlayış baş verib.

Modern.az xəbər verir ki, hadisə şəhərin İstiqlal küçəsi, ev 16 ünvanında yerləşən, birmərtəbəli, beşotaqlı fərdi yaşayış evində qeydə alınıb.

Partlayış nəticəsində ev sahibi Rahim Ömərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisədən sonra yaralı təcili tibbi yardım avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Partlayış dalğasının təsirindən evin bir otağı yararsız vəziyyətə düşüb. İlkin ehtimala görə, partlayışa səbəb evə qaz sızması olub. Hadisənin dəqiq başvermə səbəbi və təfərrüatları aparılan araşdırmalardan sonra məlum olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada