Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bucaq kəndindən keçən hissəsində minik avtomobilinin yoldan çıxması nəticəsində qəza baş verib.
Modern.az xəbər verir ki, Sarvan Piriyevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib. Nəticədə sürücünün həyat yoldaşı, 40 yaşlı Cəhanə Piriyeva və ailənin azyaşlı övladı xəsarət alıb.
Hadisə yerinə Təcili tibbi yardım briqadası cəlb olunub, yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinə və müalicəsi aparılır.
Faktla bağlı araşdırma aparılır.